Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi Dağlıq Şirvan Regional Məşğulluq filialı üçün ofis sahəsi icarəyə götürür.

İqtisadiyyat.az Ölkə.az-a istinadən xəbər verir ki, agentlik Faiq Nizami oğlu Şirinov ilə icarə müqaviləsi imzalayıb.

235 kv.m ofis sahəsinin 3 illik icarəsi üçün sözügedən şəxsə 107,019 min manat ödəniş ediləcək. 

Qeyd edək ki, qurum eyni ofis sahəsinin 3 illik icarəsi üçün 2021-ci ildə 90 min manat ödəniş etmişdi.