Dövlət Ehtiyatları Agentliyi maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanması və auditi məqsədilə balansındakı daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İqtisadiyyat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir.

Qalib şirkətə 105 020 manat ödəniləcək.