Ötən il paytaxtdakı dövlət müəssisələrində ürək-damar sistemində aparılan əməliyyatlar və presudurların sayı 7 mindən çox olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu “Müasir Kardiologiya: nailiyyətlər və innovativ yeniliklər” mövzusunda Beynəlxalq Elmi Konqresində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova deyib.

Onun sözlərinə görə, ötən il əhalinin 47%-i icbari tibbi sığortadan yararlanıb:

"Hazırda İcbari Tibbi Sığortanın xidmətlər zərfinə 2500-dən artıq tibbi xidmət daxildir ki, bunlardan 400-ə yaxını ürək-damar sistemi xəstəlikləridir. Xidmətlər zərfi ilə təminata alınan cərrahi əməliyyatlardan 70-dən çoxu ürək-damar sistemində aparılan əməliyyatlardır".

"Agentliyin müqavilə bağladığı özəl klinkalarda ötən il 34 mindən artıq ürək-damar cərrahiyyəsi əməliyyatları icra olunub", - deyə o qeyd edib.