ABŞ-nin Avropadakı Hərbi Hava Qüvvələrinin (USAFE) 4 ədəd F-16 təyyarəsi və 100-ə yaxın hərbi qulluqçusu Rumıniyanın Borcedəki "Lieutenant Gheorghe Mociornita" aviabazasına gəlib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rumıniyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ-nin Avropadakı Hərbi Hava Qüvvələrinin (USAFE) təxminən 100 hərbi qulluqçusu və dörd ədəd F-16 təyyarəsi cümə günü, sentyabrın 22-də Borcedəki "Lieutenant Gheorghe Mociornita" aviabazasına gəlib”, - deyə məlumatda bildirilir.

“ABŞ hərbçiləri gücləndirilmiş hava polisi missiyalarını yerinə yetirəcək, həmçinin Rumıniya Hərbi Hava Qüvvələrinin hərbçiləri və F-16 təyyarələri ilə birlikdə təlim keçirəcək”, - hərbi departament qeyd edir.