Türkiyə və Rusiyada Domino's Pizza brendini idarə edən DP Eurasia Rusiya biznesini satmağı düşünür.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat dərc olunub.

Məlumatda hazırda sanksiyaların təsiri fonunda işlərin davam etdirilməsi perspektivləri qiymətləndirildiyi bildirilib. Ümumiyyətlə, şirkət biznesin satıla biləcəyini istisna etməyib. Potensial sövdələşmə üzərində iş davam etsə də, onun nəticəsi ilə bağlı hələlik dəqiqliyin olmadığı açıqlanıb.