Birjada dolların məzənnəsi 99 rubldan yuxarı qalxıb. Saat 14:30-a olan məlumata görə, dollar 0,86% artaraq 98,5 rubl/$ təşkil edir. Avronun məzənnəsi 0,59% artaraq 107,6 rubl/€ olub. Yuan 0,49% bahalaşaraq 13,4 rubl olub.

İqtisadiyyat.az bu barədə rus mediasına istinadən xəbər verir.

Bu gün Mərkəzi Bank uçot dərəcəsini dərhal 3,5 faiz bəndi artıraraq 12%-ə qaldırdıqdan sonra rubl yenidən ucuzlaşmağa başlayıb. Bir gün əvvəl dollar 101 rublu, avro 110 rublu keçərək 2022-ci ilin martından bu yana ən yüksək həddini yeniləyib. Mərkəzi Bank inflyasiyaya meylli risklərin güclənəcəyi təqdirdə dərəcəsini yenidən artıra biləcəyini etiraf edib.