Beynəlxalq valyuta birjalarında dollar indeksi Amerika prezidentinin korona böhranının növbəti dalğası fonunda xəbərdarlıq etməsindən sonra son iki həftənin minimumuna düşüb.

Bununla yanaşı, hökümətin iqtisadi proqramının vergilərin artırılması ilə maliyyələşdirilməsı fonunda da narahatlıqlar mövcuddur. EURUSD məzənnəsi 1.1878$-a kimi bahalaşsa da, GBPUSD məzənnəsi təzyiq altında qalmaqdadır. 

Avro və funtun növbəti qiymətlərinə bu gün Avrozona və İngiltərədən xidmət sektoruna dair dərc ediləcək önəmli fundamental göstəricilər də təsir edəcəkdir. Amerika Mərkəzi Bankın (FED) toplantı protokolunun yayımlanması da diqqət mərkəzindədir. 

Yapon yeni və lirədə stabilləşmə müşahidə edilir. Rubl isə Rusiyadan inflyasiya göstəricilərin açıqlanmasından sonra təzyiqlər artıb.