Qubada itkin düşən 13 yaşlı məktəbli tapılıb.

Bu barədə İqtisadiyyat.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, daha əvvəl APA agentliyi Qubada 7-ci sinif şagirdinin itkin düşdüyünü bildirmişdi. Qeyd edilib ki, Quba şəhər 2 saylı tam orta məktəbin şagirdi, 2011-ci il təvəllüdlü Əli Məlikov səhər evdən çıxıb və geri qayıtmayıb. O, məktəbə getmək adı ilə evdən çıxsa da, dərsə də getməyib.