2022-ci ilin 11 ayı ərzində Azərbaycana 2 milyard 88 milyon 142 min dollar dəyərində yeyinti məhsulları idxal edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb. 
Məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə yeyinti məhsullarının idxalı (statistik dəyər ifadəsi ilə) 386 milyon 523 min dollar və ya 22,7% artıb.

Qeyd edək ki, 2021-ci ilin 11 ayı ərzində Azərbaycana 1 milyard 701 milyon 620 min dollar dəyərində, 2021-ci ilin 12 ayı ərzində isə 1 milyard 929 milyon 891 min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdi.

Yeyinti məhsullarının dəyərinin artmasına qiymətlərin yüksəlməsi də öz təsirini göstərib.