Mirzəcan Xəlilov “Şöhrət” ordeni ilə təltif edilib.

AZƏRTAC xəbər verir ki, müvafiq sərəncamı prezident İlham Əliyev imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirzəcan Mirzəmməd oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Xəlilov Azərbaycan Respublikası Milli Məclisinin V çağırışının deputatıdır.