“Qarabağa köç Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, Qarabağa köç vətəndaşlarımızın mənəvi dünyası üçün çox vacibdir və digər tərəfdən, bu köç ölkənin inkişafı üçün əhəmiyyətlidir:

"Uzun müddət işğaldan azad olunmuş torpaqlarda əkin işləri aparılmayıb. Həmin torpaqlar kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malikdir. O torpaqlar Sovet dövründə ölkə iqtisadiyyatına kifayət qədər fayda verib. Elə sahələr olub ki, ölkə iqtisadiyyatının 23-25 faizini təşkil edib. İndiki məqamda Qarabağa köçən insanlarımızın orada təsərrüfatla və istehsalla məşğul olması iqtisadiyyatımız üçün çox önəmli olacaq". 

T.Rzayev hesab edir ki, Qarabağa köç beynəlxalq aləmdə də Azərbaycanın nüfuzunu artırıb:

"Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev düşünülmüş siyasəti və xalq-ordu birliyi nəticəsində qısa müddət ərzində torpaqlarımızı düşməndən azad etdi. 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin olundu. Baxmayaraq ki, bu qələbəmiz Azrbaycana düşmən olan dövlətləri narahat edir. Həmin dövlətlər saxta bəyanatlar verməklə, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna xələl gətirmək istəyirlər. Lakin bu, mümkün deyil. Çünki bütün beynəlxalq tədbirlərdə ölkə başçısı və digər səlahiyyətlilər əsaslı faktları ortaya qoyurlar".

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və abadlıq işləri və qayıdış prosesi davam edir.

 

Gülşən Şərif