Çimərlik mövsümünün başlaması ilə insanlar dənizkənarı istirahət mərkəzlərinə axın edir.

Hər il olduğu kimi, bu il də istirahət edənlərin diqqətini çəkən əsas məsələlərdən biri qiymətlər və xidmət səviyyəsidir. Xüsusilə özəl çimərliklərin girişində vətəndaşlardan pul tələb edilməsi əraziyə sadəcə dənizdə çimmək məqsədi ilə daxil olmaq istəyən vətəndaşları narazı salır.

İqtisadiyyat.az xəbər verir ki, paytaxtda xidmətindən istifadə olunmasa da, məhz giriş haqqı tələb edən çimərliklər var. Qiymətlər isə 5-30 manat arasında dəyişir. Mütəxəssislər dəniz ərazisindən istifadəyə görə vətəndaşlardan pul tələb edilməsini qanunsuz hesab edir. 

Sözügedən mövzu ilə bağlı ARB TV-də yayımlanan "Diqqət Efir" layihəsində xüsusi reportaj yayımlanıb. Jurnalist Mürvət Zalikoğlu Bakıda, dəniz kənarında fəaliyyət göstərən bir sıra özəl istirahət mərkəzlərinə baş çəkərək real vəziyyətlə tanış olub. 

Həmin süjeti təqdim edirik: