2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmiryol nəqliyyatı ilə 5 milyon 614,7 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə, sərnişin daşınmasında 41,5 faiz artım müşahidə olunub.

Ümumilikdə 2023-cü ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1 milyard 552,3 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.