Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-mart aylarında 4,4 milyon ton yük və 1 509,5 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 16,6%, sərnişin daşınmasında isə 60% artım müşahidə olunub.

Məlumata görə, orta hesabla sutkada 460 vaqon yüklənib, 411 vaqon isə boşaldılıb.

“Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 23,5 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunub.