Bu ilin avqust ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin qatarları ilə 530 386 sərnişin səyahət edib.

QSC-dən İqtisadiyyat.az-a verilən məlumata görə, ötən ilin avqust ayının göstəriciləri ilə müqayisədə 2023-cü ilin müvafiq dövründə 35 faiz çox sərnişin daşınıb.

Qeyd olunur ki, ümumilikdə bu il ərzində ADY 4 milyondan çox sərnişinə xidmət edib.