Dekabrın 11-dən etibarən yükgötürmə qabiliyyəti 1,5 tondan çox olan yük avtomobillər, xüsusən də “Qazel” tipli avtomobillər Krım körpüsünə buraxılmayacaq.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.  

Nazirlikdən verilən məlumata görə, məhdudiyyətlər yükgötürmə qabiliyyəti 1,5 tondan çox olan yük avtomobillərinə, xüsusən də “Qazel” tipli avtomobillərə şamil ediləcək. Bu nəqliyyat vasitələrinin sürücülərinə körpünü keçərkən səyahət üçün alternativ yol seçmək və ya bərə keçidindən istifadə etmək tövsiyə olunub.