Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi növbəti dəfə AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun ilk iki matçında Avstriya (1:4) və İsveçə (0:5) məğlubiyyətləri şərh edib.

İqtisadiyyat.az “napolimagazine.com” İtaliyalı mütəxəssis futbolçular arasındakı səviyyə fərqini qabardıb:

“Qrupdakı ilk iki matçda kifayət qədər yaxşı oynayaraq Avstriya və İsveçə uduzduq. Səviyyə fərqi həlledici rol oynadı. Onların futbolçuları İngiltərə Premyer Liqasında, bizimkilər Azərbaycanda oynayırlar. Mən uduzmağa nifrət edirəm. Amma bu baş verir”.