Vəzifəsindən azad edilmiş Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədovun yerinə təyinat var. 

İqtisadiyyat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polkovnik Elçin Məmmədov bu vəzifəyə təsdiq edilib.

E.Məmmədov yeni təyinatadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub. O, Prezidentin sərəncamı ilə bu ilin martında “Vətən uğrunda” medalı ilə təltif edilib.