Muğlanın Datça rayonu sahillərində Egey dənizində 4,1 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 21.44-də Muğlanın Datça rayonundan 97,97 kilometr məsafədə 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin 14,36 kilometr dərinlikdə olduğu müəyyən edilib.