Danimarkada islamofobik və millətçi “Danske Patriots (Danimarka Patriotları)” qruplaşmasının üzvləri cümə namazının sonunda Dortheavej rayonundakı İslam Cəmiyyətinin, həmçinin məscidin qarşısında Quran kitabını yandırıblar.

İqtisadiyyat.az xəbər verir ki, anti-İslam pankartlar daşıyan və meqafonla İslam dinini təhqir edən qrup provokasiyanı polisin mühafizəsi altında reallaşdırıblar.

Qrup üzvləri yaşananları sosial media hesablarında canlı paylaşıblar.

Yeri gəlmişkən, hadisələrlə paralel olaraq məsciddən səsgücləndiricilərlə təşrik təkbirləri və Quran ayələri oxunub.