Azərbaycanda daha iki jurnalistdə koronavirus testi müsbət çıxıb.

“Cebhe.info” xəbər portalının əməkdaşı Müşfiq Abdullayev və həyat yoldaşı Gülşən Abdullayeva COVID-19-a yoluxub.

Ailədə ilk yoluxma jurnalistin xanımında qeydə alınıb. Eyni zamanda, jurnalistin bacısı Nigar Abdullayevada da test nümunələri müsbət olub.

O, “Palitra” qəzetinin əməkdaşıdır. Hazırda hər üç şəxsin müalicələri davam etdirilir.