“Cəlilabad Rayon Mərkəzi Xəstəxanası virusa yoluxmuş şəxslər üçün yenidən koronavirus (COVID-19) təyinatlı xəstəxanaya çevrilib.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) qeyd edilib.

Qurumdan qeyd edilib ki, hazırda ölkəmizdə COVID-19-la bağlı 20-dən çox xəstəxana fəaliyyət göstərir və ehtiyac yarandığı təqdirdə bu say 40-ə qədər artırıla bilər.

Qeyd edək ki, bir müddət əvvəl 1 saylı Kliniki Tibbi Mərkəz (KTM) də yalnız koronavirus xəstələrini qəbul etməsi üçün bağlanıb.