Azərbaycanda məktəb direktorunun koronavirus testi müsbət çıxıb.

İqtisadiyyat.az-ın məlumatına görə, Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Masallı rayonu Təzə Alvadı kənd məktəbinin direktoru,1958-ci il təvəllüdlü Süleymanov Möhsün Cabir oğlu koronovirus diaqnozu müsbət olub.

O, Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məktəb direktorunun səlahiyyətləri Möhsün Süleymanov sağalıb işə qayıdanadək təlim-tərbiyə işləri üzrə direktor müavini Həsrətov Ramin Xudacan oğluna həvalə edilib.