Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova koronavirusa yoluxub. 

Bu barədə Aynur Nəsirova "Facebook" səhifəsində paylaşım edib.

O, hazırda xəstəxanada olduğunu bildirib: "Narahat olan dostlarım, tələbələrim, həmkarlarım, hər şey yaxşıdı. Xəstəxanada güvəndəyəm. Özünüzü qoruyun".

Qeyd edək ki, A.Nəsirova həm də  "ARB24" televiziyasının baş redaktor müavinidir.

59994549-89dd-3edd-9a3c-6c6221279ef6_321.jpg