Milli Müdafiə Universitetinə yeni rektor təyin edilib.

İqtisadiyyat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb.

Sərəncama əsasən, bu vəzifəyə polkovnik Gündüz Əbdülov təyin edilib.

Qeyd edək ki, Gündüz Əbdülov əvvəl Qarabağ Regional Təhsil İdarəsinin rəisi olub. O, bir müddət əvvəl Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.

***

14.05

Azərbaycan Milli Müdafiə Akademiyasının rəisi Heydər Piriyev vəzifəsindən azad edilib.

İqtisadiyyat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb.

Qeyd edək ki, professor, general-leytenant Heydər Piriyev 2022-ci ildən bu vəzifədə çalışırdı. O, daha əvvəllər Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi vəzifəsində işləyib.