“Bu gün Azərbaycanda 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. 

O bildirib ki, koronavirusa yoluxanlardan 291 nəfər sağalıb, altısı isə vəfat edib.

Y.Qarayeva əlavə edib ki, bu gün 7274 test icra olunub.