"Crocus City Hall"dan 5 mindən çox insan təxliyə edilib, daha 100 nəfər yanğından xilas olunub.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə "Crocus Group"un nümayəndəsi bildirib.

Qeyd edək ki, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall"da naməlum şəxslər pulemyotlardan atəş açmağa başlayıb. Hadisə "Piknik" qrupunun konserti başlamazdan əvvəl baş verib.

Rusiya İstintaq Komitəsi baş verən terror aktında ölənlərin sayının 137 nəfərə çatdığını bildirib. Ölənlərdən 68-nin şəxsiyyəti müəyyən edilib.(trend)