“Crocus City Hall”da baş verən terror aktından sonra yanğın nəticəsində əmlaka dəyən ziyan təxminən 10 milyard rubl təşkil edə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə sığorta bazarındakı mənbə TASS-a məlumat verib.

Məlumata görə, bina sığortalanıb.

Qeyd edək ki, "Crocus City Hall" 2009-cu ilin oktyabrında açılıb. Konsert zalının tikintisi 70 milyon dollara başa gəlib, onun 35%-i kredit vəsaiti olub. "Crocus City Hall"un maksimal tutumu 9,5 min nəfəri ötür.

 

Gözəl Həşimova