Rusiyanın Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında xəsarət alanların sayı 154-ə çatıb.

İqtisadiyyat.az report-a istinadən xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 44 nəfər ambulator müalicədədir.

Ölənlərin sayı 133 nəfər təşkil edir.