"Avropa İttifaqı Donbas üçün ölməyəcək".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Cozef Borel Fransa prezidenti Emmanuel Makronun Ukrayna ərazisinə hərbi qüvvələrin mümkün göndərilməsi ilə bağlı sözlərini şərh edərkən deyib.

“Biz müharibənin qaçılmaz olduğunu deməklə insanları qorxutmamalıyıq. Ukraynaya dəstək ehtiyacı qaçılmazdır. Söhbət Donbas uğrunda ölməkdən getmir, bu, ukraynalılara kömək etməkdən gedir ki, onlar Donbass uğrunda öldürülməsinlər və ya Kiyev bombalanarkən orada öldürülməsinlər”, - deyə o bildirib.

Fevralın sonunda Fransa Prezidenti Emmanuel Makron hərbçilərin Ukraynaya göndərilməsinə icazə verəcəyini açıqlayıb. O, daha sonra bildirib ki, Fransa hakimiyyəti Ukrayna əsgərlərinə təlim keçmək və minaları təmizləmək üçün kontingentin yerləşdirilməsi imkanını nəzərdən keçirir. 

 

Sadiq Cavadov