Çindəki iqtisadi narahatlıqlar fonunda neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 49 sent və ya 0,5% ucuzlaşaraq 90,16 ABŞ dolları olub.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 74 sent və ya 0,9% azalaraq 86,77 ABŞ dolları təşkil edib.

 

Gözəl Həşimova