"Çin və Avropa arasında heç bir əsaslı maraq toqquşması yoxdur".

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu sözləri Çinin Baş naziri Li Qianq Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən 18-ci G20 Sammiti çərçivəsində Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel ilə görüşü zamanı deyib.

O bildirib ki, Çin və Avropa dünyanın iki böyük gücüdür:

"Çinin Aİ ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır. İstər indi, istərsə də gələcəkdə Çin Avropanın etibarlı tərəfdaşıdır və bu, davam edəcək".

Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel də öz növbəsində qeyd edib ki, Aİ Çinin inkişafına mane olmaq niyyətində deyil və Çinin konstruktiv dostu olmaq istəyir. 

Gülşən Şərif