"Sakit okean adaları heç bir ölkənin şəxsi mülki deyil". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin XİN-in sözçüsü Mao Ninq ABŞ dövlət katibi Antoni Blinkenin Tonqa Krallığına səfəri zamanı Çinin davranışını "problemli" adlandırmasına münasibət bildirərkən deyib.

Blinkenin Tonqa Krallığına səfəri zamanı Sakit okean bölgəsi ilə bağlı açıqlamasında bildirib: "Çinin bölgədəki iştirakı artdıqca, bizim nöqteyi-nəzərimizdən bəzi problemli davranışlarda da artım oldu".

Mao isə cavabında deyib: "Sakit okean adaları heç bir ölkənin şəxsi mülki deyil. Ümid edirik ki, ABŞ Sakit Okean adalarının inkişafında səmimi yardım göstərəcək və bu ölkələrə öz inkişaf və sabitlik məqsədlərinə çatmaqda kömək edəcək".