Çində baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 135-ə çatıb.

Bu barədə İqtisadiyyat.az “Reuters”ə istinadən xəbər verir.

Məlumata görə, zəlzələ nəticəsində 1000-ə yaxın insan yaralanıb.

Qeyd edilib ki, Qansu vilayətində axtarış-xilasetmə işləri təbii fəlakətdən 15 saat sonra dayandırılıb. Hökumət orqanlarının məlumatına görə, bölgədə itkin düşən yoxdur.

Bununla belə, Çinxayda insanların axtarışının davam edib-etmədiyi hələlik bəlli deyil. Çinxayda isə 12 nəfər itkin düşüb.

 

Gözəl Həşimova