Çində kömür mədənində yanğın olub, 16 nəfər ölüb.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə ölkənin cənub-qərbindəki Quizhou əyalətinin Pançjou şəhəri yaxınlığındakı Şanjiaoshu kömür mədənində qeydə alınıb.

İlkin məlumata görə, yanğın konveyerdə baş verib.