ABŞ-nin keçmiş prezidenti Donald Trampın "Manhettan" məhkəməsində son hökmü onun 37 ölkəyə girişinə qadağa qoyacaq.

Bu barədə İqtisadiyyat.az "Time" portalına istinadən xəbər verir .

“Tramp üçün başqa ştatlara səfər etmək daha çətin ola bilər. Kanada və Meksika da daxil olmaqla 37 ölkə cinayəti olan şəxslərin ölkəyə girişini qadağan edir”, - materialda bildirilir.

Bildirilib ki, Tramp seçkilərdə qalib gələrsə, səyahət məhdudiyyətləri potensial olaraq onun prezidentliyini çətinləşdirəcək. Bəzi hökumətlər Trampın ziyarətə icazə istəyəcəyi təqdirdə səyahət qadağasından imtina edə bilər. Lakin hazırda hansı dövlətlərin bunu etməyə hazır olduğu barədə məlumat yoxdur.

Qeyd edək ki, biznes qeydlərini saxtalaşdırmaqda təqsirli bilinən Tramp cinayət məsuliyyətinə cəlb edilən ilk ABŞ prezidenti oldu. Tramp 34 maddə üzrə təqsirli bilinib.

 

Gözəl Həşimova