Çin Tayvan yaxınlığında patrul xidmətinə donanma gəmiləri və döyüş təyyarələri göndərib.

İqtisadiyyat.az bildirir ki, bu barədə Tayvan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Tayvan ətrafında Xalq Azadlıq Ordusu 38 müharibə təyyarəsi və 9 donanma gəmisi yerləşdirir.

Təyyarələrdən 32-si artıq Çin və Tayvan arasında qeyri-rəsmi sərhəd və bufer zonası kimi bilinən Tayvan boğazının "orta xəttinə" çatıb.

Qeyd edək ki, Tayvan mümkün işğal cəhdlərinə hazırlıq məqsədilə bu ay illik "Han Guang" təlimini keçirməyi planlaşdırır. Bundan əlavə, Tayvan havadan bombardmanlara və təbii fəlakətlərə qarşı mülki vətəndaşları hazırlamaq üçün illik "Wan'an" təlimi keçirəcək.