Rusiyanın İrkutsk vilayətində elektrik mühərriklərində işləyən Rusiya-Çin avtobusları istehsal etmək üçün Çin Rusiyaya sərmayə yatıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “İzvestiya” xəbər yayıb.

Nəşrin mənbələrinə görə, layihənin koordinasiyasını İrkutsk Regionunun İnkişaf Korporasiyası (CRIO) həyata keçirəcək və Çindən CRRC korporasiyasının Chongqing nümayəndəliyi və Chongqing Mammoth Brand Management buna sərmayə qoyacaq.

Qeyd edək ki, layihə üçün müvafiq saziş 2022-ci ilin iyununda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda imzalanıb.