Bu ilin yanvar-may aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% artaraq 96,5 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Hesabat dövründə Çin Rusiyaya 41,8 milyard dollar dəyərində mal ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,8% azdır. Rusiyanın Çinə ixracı isə 6,9% artaraq 54,7 milyard dollar dəyərində olub.

 

Gözəl Həşimova