Çin bu ay İrandan gündəlik təxminən 1,5 milyon barel xam neft alacaq.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, sanksiyalara məruz qalmış İran neftinin idxalı son 10 ilin ən yüksək həddə çatıb. Bu kontekstdə Çin bu ay İrandan gündəlik təxminən 1,5 milyon barel xam neft alacaq. 

Bu, ilin ilk yeddi ayı üçün gündəlik orta hesabla 917,000 barellə müqayisədə ən yüksək göstərici olacaq.

Qeyd edək ki, İran geosiyasi baxımdan daha iddialı olduğu üçün bu il neft ixracını artırıb. 

Gülşən Şərif