"Çin ərəb dövlətləri arasında münasibətlərin yaxşılaşdırılmasını və əlaqələrin möhkəmlənməsini dəstəkləyir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin sədri Si Tsinpinin Suriya prezidenti Bəşər Əsəd ilə danışıqların yekunlarına dair bəyanatında deyilir.

Sənəddə deyilir: "Çin Suriyanın Ərəb Liqasına qayıtmasını dəstəkləyir və alqışlayır, Suriyanın digər ərəb ölkələri ilə əlaqələrinin yaxşılaşdırılmasını, ərəb ölkələrinin regionda birliyini və bu birliyin gücləndirməsini dəstəkləyir".

"Suriya Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin bərpasında Çinin vasitəçiliyini yüksək qiymətləndirir və Yaxın Şərqdə sülh və sabitliyin qorunmasına verdiyi müsbət töhfəyə görə Çinə təşəkkür edir", - bəyanata əlavə edilib.