Çin hakimiyyəti ciddi sınaqlar dövrü yaşayan İranı dəstəkləyir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Qani ilə görüşündə deyib.

Çin Xarici İşlər Nazirliyinin saytı BRİCS Xarici İşlər Nazirləri Toplantısının keçirildiyi Nijni Novqorodda iranlı həmkarı ilə görüşən Vanq Yidən sitat gətirib: "İndiki mərhələdə İran xalqı ciddi sınaqlardan keçir. Çin İranın hərtərəfli strateji tərəfdaşıdır, biz İran hökuməti və xalqının yanındayıq". 

Çin Xarici İşlər Nazirliyinin rəhbəri aydınlaşdırıb ki, Pekin İranın müstəqilliyini, suverenliyini, sabitliyini və inkişafını dəstəkləyir. O, İran Prezidenti İbrahim Rəisi və bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vəfatı ilə bağlı başsağlığı verib.