Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb. 

İqtisadiyyat.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 180.2.1; 180.2.2 və 178.3.2-ci maddələri ilə məhkum edilmiş Emil Ceyhun oğlu Şirinovla görüşə gəlmiş anası Səbinə Tofiq qızı Şirinovanın baxış keçirilən zaman üzərində 0,029 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.