Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Zəfər Günü münasibəti Azərbaycan xalqını təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə öz “X” hesabında paylaşım edib.

“Artıq üçüncü ildir ki, təqvimlərimizdəki işğal tarixlərini qələbə günləri ilə əvəzləyən müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuzun qazanaraq ədaləti bərpa etdiyi parlaq qələbəni, 8 Noyabr - Zəfər Gününü qeyd edirik”, - nazir yazıb.