Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Daren Tanq ilə görüşüb.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında mövcud tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu istiqamətdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanda əqli mülkiyyət sahəsində aparılan ardıcıl islahatlar, beynəlxalq reytinq göstəricilərində ölkəmizin nəzərə çarpan irəliləyişləri haqqında qarşi tərəfə məlumat verib.

İqtisadiyyatın davamlı inkişafının, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasının və insan kapitalına investisiyaların qoyuluşunun başlıca strateji məqsədlərdən biri kimi müəyyənləşdirildiyi vurğulanıb.

Görüş zamanı, Azərbaycanla Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın gələcək perspektivləri, təhsil və əqli mülkiyyət sahəsində təhsil və təlim proqramları ətraflı müzakirə edilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 18:59

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Daren Tanq ilə görüşüb.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan ilə ÜƏMT arasında uğurlu əməkdaşlığın inkişafı vurğulanıb.

Nazir baş direktora Azərbaycanda əqli mülkiyyət sahəsində həyata keçirilən davamlı islahatlar barədə məlumat verib.