"Bişkekə işgüzar səfərim çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasında iştirak etməkdən və bəyanatla çıxış etməkdən şadam".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov "X"də bildirib.

"İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, rabitə, rabitə, təhsil, idman və s. sahələrdə geniş spektrli məsələləri müzakirə etdik", - paylaşımda qeyd edilib.