Çexiyanın paytaxtı Praqada universitetə ​​silahlı basqın olub. Hücum nəticəsində azı 15 nəfər həlak olub.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Çexiya polisi tələbələrə və işçilərə elektron məktub göndərərək universitet daxilində hücum olduğunu bildirib.

Polisin qısa müddətdə müdaxilə etdiyi hadisədə ən azı 15 nəfər ölüb, çox sayda yaralının olduğu bildirilib.

Hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib.

*** 20:46

Çexiyanın paytaxtı Praqanın Yan Palaç meydanında yerləşən Karl Universitetinin fəlsəfə fakültəsinə silahlı hücum olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çexiya Polisi məlumat yayıb.

Məlumata görə, hücumda 10 nəfər ölüb, daha 30 nəfər yaralanıb. Ərazida hərəkət polis tərəfindən məhdudlaşdırılıb.

İnsanları ərazidən uzaq durmağa çağıran polis hücumçunun zərərsizləşdirildiyini və universitetin boşaldıldığını açıqlayıb.

Şahidlərin bildirdiyinə görə, hücum edən şəxs məktəbin damından polisə atəş açıb. Ətrafdakıların lentə aldığı görüntülərdə insanların təşviş içində məktəbin yerləşdiyi ərazidən qaçdığı görülüb.