2023-cü ilin sonunda Gürcüstanın dövlət borcu Ümumi Daxili Məhsulun 39,2%-ni təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Forbes Georgia" məlumat yayıb. 

Qeyd edilib ki, Gürcüstanın qonşu ölkələri arasında Ermənistan ən çox dövlət borcuna sahibdir. Bu ölkənin dövlət borcu ÜDM-in 50,5%-ni təşkil edir. Sonrakı yer ÜDM-in 28,9%-i ilə Türkiyədədir. Rusiyanın dövlət borcu ÜDM-in 19,7%-ni, Azərbaycanın isə ÜDM-in 18,4%-ni təşkil edir.

Dünya üzrə Bruney ÜDM-in 2,3%-i civarında dövlət borcu ilə ən aşağı dövlət borcuna malikdir. Sonrakı yerlərdə ÜDM-in 3,2%-i dövlət borcu ilə Küveyt və ÜDM-in 4,7%-i ilə Türkmənistandır. Nominal ifadədə ABŞ 33 trilyon dollarla ən yüksək dövlət borcuna malikdir.