Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

İqtisadiyyat.az bildirir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin yolun kənarına aşması nəticəsində Yardımlı rayon sakini, 1995-ci il təvəllüdlü T.Kərimova və onun azyaşlı övladı xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.