İran rejimi 2019-cu ildə həbs edilən və Böyük Britaniyanın xeyrinə casusluqda ittiham olunan keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbərini edam etməyə hazırlaşır.

Bu barədə “BBC News” məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniya-İran vətəndaşlığı olan Əkbəri həyat yoldaşından “son görüş” üçün Tehrandakı həbsxanaya gəlməsini istəyib.

O, təkadamlıq kameraya köçürülüb ki, bu da ölüm hökmünün qaçılmaz olduğuna işarə hesab edilir.


Qeyd edək ki, İranın keçmiş müdafiə nazirinin müavini 2019-cu ildə həbs edilib. O, Britaniyanın xeyrinə casusluqda ittiham olunub. Lakin o, ittihamları qəbul etməyib.

Tehran İnqilab Məhkəməsi keçmiş məmur barəsində  ölüm hökmü çıxarıb.